0
Thursday 14 November 2013 - 23:10

İsrail geriyə addım atır

Story Code : 321611
İsrail geriyə addım atır
İsrail geriyə addım atır
Netanyahu bu açıqlamanı çərşənbə axşamı günü Fələstin hökumətinin rəhbəri Mahmud Abbas xəbərdarlıq edərək işğal edilmiş Fələstin ərazisində qeyri qanuni məskunlaşma siyasətini davam etdirəcəyi təqdirdə sülh danışıqlarını baykot edəcəyini bildirməsindən bir neçə saat sonra etdi.

Fələstinli nümayəndə Saib Erekat Abbasa istinad edərək deyib: “Əgər İsrail son tikinti planlarını təxirə salmasa sülh danışıqlarının son çatması haqqında rəsmi bəyanat verəcək.”

Erekat əlavə edərək deyib ki, Abbas öz ultimatumunu Ərəb Liqasına və Yaxın Şərq Kvartetlərinə - Avropa Birliyi, Rusiya, BMT və ABŞ-a göndərib.

Günün əvvəllərində məskunlaşma əleyhinə olan Sülh qrupu bəyan edərək bildirib ki, İsrailin Tikinti Nazirliyi işğal edilmiş Qərb Sahilində 20 min yeni ev tikməyi planlaşdırırdı.

Netanyahu deyib ki, o İsrail tikinti naziri Uri Arielə göstəriş verərək bütün qəsəbə salma planlarını təxirə salmasını bildirib.
Məlumata əsasən Netanyahu Arielə deyib ki, bu plan mənasızdır və bizim beynəlxalq ictimiayyəti İran ilə razılığa gəlməməsi üçün razı salmağa çalışdığımız bir vaxtda bu məsələdə beynəxalq aləmin narazılığına səbəb olmaq işimizə yaramır.

Bu arada ABŞ Tel Əviv rejiminin daha çox qeyri qanuni qəsəbə salmaq planları haqqında dərin narahatçılıq keçirdiyini bildirib.

ABŞ dövlət departamentinin sözçüsü Cenifer Psaki deyib: “Biz bu məsələ haqqında çox narahatıq.”

O deyib: “Fələstin və İsrail arasında sülh danışıqların getdiyi bir zamanda Tel Əvivinin qeyri qanuni məskunlaşma siyasətini davam etdirməsi İsrailin danışıqlara ciddi yanaşmadığını göstərir.”
Source : Islamtimes
Comment