0
Sunday 17 November 2013 - 07:40

ABŞ Senatının kəşfiyyat komitəsinin sədri İrana qarşı yeni sanksiyalara qarşı çıxıb

Story Code : 321651
ABŞ Senatının kəşfiyyat komitəsinin sədri İrana qarşı yeni sanksiyalara qarşı çıxıb
APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, D. Finstayn bildirib ki, İrana qarşı sərt sanksiyaların tətbiqi nüvə məsələsinin həll edilməsində problem yaradacaq: “İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə hansısa nəticənin əldə olunması mümkün olmayacaq”.

Demokrat senator İranla “altılıq” ölkələri arasında gərgin müzakirələrin davam etdiyi ərəfədə ABŞ Konqresi və Senatında İrana qarşı yeni sanksiya qərarlarının alınmasına kəskin şəkildə qarşı çıxacaqlarını deyib: “Digər konqresmenlər və senatorları da bu mövzuda razı salmaq üçün səy göstərəcəyik”.
Comment