0
Sunday 17 November 2013 - 01:44

ABŞ İsrailə: Diplomatiya İran ilə müharibədən daha yaxşıdır

Story Code : 321975
ABŞ İsrailə: Diplomatiya İran ilə müharibədən daha yaxşıdır
ABŞ İsrailə: Diplomatiya İran ilə müharibədən daha yaxşıdır
ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki deyib: “Mən fikirləşirəm ki, biz bu məsələni həll etmək üçün bir çox yollara baş vururuq və bizim halhazırki çalışmamız diplomatiya yolunun mümkünlüyünü yoxlamaqdır. Bizim fikrimizcə bu məsələnin alternative həll yolu müharibədir.”

O əlavə edərək deyib: “Biz fikirləşirik ki, diplomatiya yolu ən düzgün yoldur.”
Psaki bu açıqlamanı İsrail baş naziri Benyamin Netanyahu cümə günü öz Tvitter səhifəsində İran ilə nüvə enerji proqramı üzərində aparılan danışıqları “pis danışıqlar” adlandırmasından sonra etdi.

ABŞ rəsmisi deyib ki, o bu status cümə günü görüb, ancaq hələ ki, buna heç bir cavab yoxdur.

7 Noyabr tarixində İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Fransa, Britaniya, Rusiya və Çin üstəgəl Almaniya İsveçrənin Cenevrə şəhərində Tehranın nüvə enerji proqramı üzərində yaranmış problemi həll etmək üçün intensive müzakirələrə start verdilər.

Hər iki tərəf razılığa gələ bilməsə də, danışıqların xeyli uğurlu keçdiyini və gələcək danışıqlarda müsbət nəticələr əldə etməyə şərait yaratdığını deyiblər.

İran və altılıq ölkə arasında danışıqların müsbət atmosferdə davam etməsi işğlaçı İsrail rejiminin baş nazirini qəzəbləndirmiş və o İran ilə razılaşmanı “tarixi səhv” adlandırmışdır.

İran ilə altılıq ölkələr arasında danışıqların növbəti mərhələsi 20 noyabr tarixində Cenevrədə baş tutacaq.
Source : Islamtimes
Comment