QR CodeQR Code

ABŞ İsraili hər işdə dəstəkləyir

26 Jul 2010 05:31

IslamTimes – İranın müdafiə naziri, briqada generalı Əhməd Vahidi ABŞ Konqresinin bəyanatına cavab verib.


Xəbəri İran IRINN televiziyasının saytı yayıb."Düşmənlər öz məqsədlərini güdərək, regionda hərbi ab-hava yaradırlar və psixoloji təzyiq göstərirlər", - o bildirib.O əlavə edib ki, İranın Silahlı Qüvvələri müxtəlif hərbi təlimlər keçirirlər və bununla da öz gücünü artırırlar. General daha sonra İran Ordusunun "istənilən hücuma cavab verə biləcək" hərbi texnikasının və döyüş əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunu qeyd edib.ABŞ-ın Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının nümayəndələri İsrailin İranı mümkün bombardıman etməsinə "yaşıl işıq" verə biləcək tədbirlər təqdim ediblər.İrana hərbi zərbələrin endirilməsinin birbaşa dəstəkləməsini nəzərdə tutan 1553 saylı qətnamədə qeyd olunur ki, Konqres İsrail tərəfindən İrana qarşı, hərbi gücdən istifadə daxil olmaqla, "bütün zəruri vasitələrin tətbiqi"ni dəstəkləyir. /Trend/


Story Code: 32201

News Link :
https://www.islamtimes.org/az/news/32201/abş-israili-hər-işdə-dəstəkləyir

Islam Times
  https://www.islamtimes.org