0
Monday 18 November 2013 - 11:44

İranlı deputatlar Türkiyəyə səfər edəcəklər

Story Code : 322027
İranlı deputatlar Türkiyəyə səfər edəcəklər
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, Xoy şəhərinin deputatı Müəyyid hüseyni Sədr açıqlama verib.
 
Onun sözlərinə görə, heyətə 6 nəfər daxildir: “Dörd günlük səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri, parlament komissiyalarının rəhbərləri ilə görüşlər planlaşdırılır. Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olacaq. Bundan əlavə, Konya şəhərindəki Həzrəti Mövlananın türbəsini ziyarət etmək də səfər proqramımıza daxildir. Əgər mümkün olarsa, Türkiyənin əsas sənaye obyektlərinə də baxış keçirəcəyik”.
Comment