Suriyada terrorçuların daha bir komandiri öldürüldü
18 Nov 2013 17:21
IslamTimes - Onunla bərabər bir neçə nüfuzlu terrorçu da öldürülüb
Suriyada "Tovhid" terror qruplaşmasının komandiri Əbdülqadir Salih təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Suriya ordusu terrorçu liderin qərargahını Hələb şəhərində bombalayıb. Bombardmanda ağır yaralanan terrorçu Türkiyəyə aparılıb, lakin vəziyyəti çox ağır olduğundan türk həkimlər terrorçunun həyatını xilas də bilməyiblər. Onunla bərabər bir neçə nüfuzlu terrorçu da öldürülüb. Əbdülqadir Saleh bir neçə dəfə Ərdoğanın nəzarətində olan türk telekanallarına canlı yayımda qoşulmuş və müsahibə vermişdi. /islamazeri/
Story Code: 322184