0
Tuesday 19 November 2013 - 06:37

"Danışıqlar səmimi aparılarsa, ortaq məxrəcə gəlmək olar"

Story Code : 322313
"Danışıqlar səmimi aparılarsa, ortaq məxrəcə gəlmək olar"
Əgər danışıqları aparanlar səmimi olsalar, "altılıq" və İran noyabrın 20-də Cenevrədə İranın nüvə proqramı üzrə danışıqlarda uğura nail ola bilər. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə RF XİN rəhbəri Sergey Lavrov bildirib.
 
"Cenevrədə noyabrın 20-də İranın nüvə proqramı ilə bağlı başlanacaq növbəti görüş, danışıqlar masası üzərində əvvəlki görüşdə müzakirə olunan konkret sənədlərə malik olacaq", - Lavrov deyib.
 
Lavrov qeyd edib ki, İrana qarşı göstərilən təzyiqlə heç nə həll etmək olmaz.
 
Beynəlxalq "altılıq" iştirakçıları (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) Tehranın nüvə proqramı ilə bağlı Cenevrədə İran nümayəndələri ilə növbəti görüşü noyabrın 20-nə planlaşdırıblar. Danışıq aparanlar beynəlxalq sanksiyaların zəifləməsi müqabilində İrandan nüvə proqramının sülh xarakterinin təmin edilməsini tələb edir.
Comment