0
Tuesday 19 November 2013 - 12:35

Hakerlər ABŞ-ın dövlət saytlarını dağıdıb

Story Code : 322396
Hakerlər ABŞ-ın dövlət saytlarını dağıdıb
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda "Fox News" bildirib.
 
Məlumatlı mənbə bildirib ki, hakerlər vebsaytlar üçün nəzərdə tutulan "Adobe Systems ColdFusion" proqramından istifadə ediblər. FBR-in məlumatına əsasən, ordunun, Energetika Nazirliyinin, eləcə də Səhiyyə Nazirliyinin saytları dağıdılıb. Büronun bildirdiyinə görə, basqın nəticəsində dəyən ziyan daha çox ola bilər.
 
Qeyd edək ki, "Anonymous" tərəfindən kiberhücumlar bir ilə yaxındır başlayıb. Bu təşkilat özünü "haktivist" adlandırır. İndiyə kimi onlar dünya üzrə çoxlu sayda dövlət qurumları və özəl saytları dağıdıb.
Comment