QR CodeQR Code

Hakerlər ABŞ-ın dövlət saytlarını dağıdıb

19 Nov 2013 12:35

IslamTimes - ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) bildirib ki, "Anonymous" ("Anonimlər") adlı haker qrupu federal agentliyin kompüter sistemini sındırıb və minlərlə vətəndaşın şəxsi göstəricilərini ələ keçirib.


ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda "Fox News" bildirib.
 
Məlumatlı mənbə bildirib ki, hakerlər vebsaytlar üçün nəzərdə tutulan "Adobe Systems ColdFusion" proqramından istifadə ediblər. FBR-in məlumatına əsasən, ordunun, Energetika Nazirliyinin, eləcə də Səhiyyə Nazirliyinin saytları dağıdılıb. Büronun bildirdiyinə görə, basqın nəticəsində dəyən ziyan daha çox ola bilər.
 
Qeyd edək ki, "Anonymous" tərəfindən kiberhücumlar bir ilə yaxındır başlayıb. Bu təşkilat özünü "haktivist" adlandırır. İndiyə kimi onlar dünya üzrə çoxlu sayda dövlət qurumları və özəl saytları dağıdıb.


Story Code: 322396

News Link :
https://www.islamtimes.org/az/news/322396/hakerlər-abş-ın-dövlət-saytlarını-dağıdıb

Islam Times
  https://www.islamtimes.org