QR CodeQR Code

ABŞ senatorunun oğlu atasını ağır yaraladıqdan sonra özünü güllələyib

20 Nov 2013 09:53

IslamTimes - ABŞ-ın Virciniya ştatından olan senator Kreyq Didsin oğlu atasını ağır xəsarət yetirdikdən sonra intihar edib.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.    
 
Telekanalın məlumatına görə, senator 21 yaşlı oğlu Ostin Didsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq yaraları alıb.
 
Bundan sonra senatorun oğlu odlu silahdan başına atəş açaraq intihar edib.
 
Onun atası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
İnsidentin səbəbləri barədə xəbər verilmir.


Story Code: 322710

News Link :
https://www.islamtimes.org/az/news/322710/abş-senatorunun-oğlu-atasını-ağır-yaraladıqdan-sonra-özünü-güllələyib

Islam Times
  https://www.islamtimes.org