0
Wednesday 20 November 2013 - 10:03

Devid Kameron Həsən Ruhaniyə zəng vurub

Story Code : 322715
Devid Kameron Həsən Ruhaniyə zəng vurub
ANS PRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki lider ölkələr arasındakı münasibətlərdən danışıblar və qarşılıqlı olaraq diplomatik nümayəndəliklər açılmasından məmnun qaldıqlarını ifadə ediblər. Hər iki dövlət rəsmisi ölkələr arasında münasibətlərin bundan sonra da davam edəcəyini bildirib.
 
Xatırladaq ki, 2011-ci ildə İranda bir qrup tələbə Britaniyanın İrana qarşı siyasətlərindən qəzəblənərək Tehrandakı İngiltərə səfirliyi qarşısında böyük bir aksiya keçirmişdi. Bundan sonra ölkələr arasında diplomatik əlaqələr kəsilib.
 
Qeyd edək ki, Devid Kameron son 10 ildə İran prezidentinə zəng vuran ilk İngiltərə baş naziridir.
Comment