0
Tuesday 27 July 2010 - 06:52

Pakistanda bomba partlaması nəticəsində azı 7 nəfər həlak oldu

Story Code : 32296
Pakistanda bomba partlaması nəticəsində azı 7 nəfər həlak oldu
Pakistanda bomba partlaması nəticəsində azı 7 nəfər həlak oldu
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Pakistan polisindən bildiriblər ki, ölkənin şimal-qərbindəki Xeybər-Paxtunxva vilayətinin naziri Mian İftixar Hüseynin evinin yaxınlığında intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümünə, 21 nəfərin isə yaralanmasına səbəb olub. Hadisə nazirin oğlunun qiyamçılar tərəfindən qətlə yetirilməsindən iki gün sonra baş verib.
Polis intiharçının bombanı insanların nazirə başsağlığı vermək üçün gəldiyi vaxt işə saldığını deyir. Partlayış zamanı azı 3 polis işçisinin də öldüyü xəbər verilir.
Comment