QR CodeQR Code

Rusiya ifşa olunmasından narahatdır

27 Jul 2010 07:12

İslamTimes/Vz.ru – İran prezidenti Mahmud Əhmədinejadın Rusiya rəsmilərinin ünvanına səsləndirdiyi tənqidlər Moskvada ciddi nigarançılıq yaradıb.


15 iyulda Yekaterinburqda Almaniya kansleri Merkellə müştərək mətbuat konfransı keçirən Rusiya prezidenti Medvedyev deyib: “İranın nüvə tədqiqatlarını davam etdirməsi barədə bizdə məlumat var...” Uzun müddət İranla yaxın əməkdaşlıqda olan Rusiyanın qəfil dönüşü təbii ki, İran tərəfini razı sala bilməz. Bu səbəbdən də İran prezidenti Əhmədinejad Rusiya prezidentini yalan və Vaşinqtonun ssenarisi üzrə fəaliyyətdə ittiham edib. Əhmədinejadın açıq bəyanatı Moskvanı həm çaşdırıb, həm də özündən çıxarıb. Ətrafdan həmişə mütilik gözləyən dünya zorlularının bu qəzəbi anlaşılandır. Rusiya xarici işlər nazirinin bəyanatında Əhmədinejadın fikirləri “qəbuledilməz” dəyərləndirilib.


Story Code: 32299

News Link :
https://www.islamtimes.org/az/news/32299/rusiya-ifşa-olunmasından-narahatdır

Islam Times
  https://www.islamtimes.org