0
Thursday 21 November 2013 - 00:22

Fransalı İslamşünas: İslam İnqilabı Vilayəti Fəqihə bağlılıq səbəbindən davam edir

Story Code : 323044
Fransalı İslamşünas: İslam İnqilabı Vilayəti Fəqihə bağlılıq səbəbindən davam edir
Fransalı İslamşünas: İslam İnqilabı Vilayəti Fəqihə bağlılıq səbəbindən davam edir
Yahya Bono əlavə edərək deyib ki, İslama inam, milli müstəqillik və anti imperialist ideyalar İslam İnqilabının ayaqda durmasının əsas üç sütundur.

O deyib ki, inqilabın qələbə çalmasında xüsusi rol oynamış müxtəlif qruplar hər biri bu üç elementdən birinə diqqət yetiriblər, ancaq əsas məsələ bundan ibarətdir ki, onlar hamısı hər üç elementin vacibliyindən və mühümlüyündən agah olublar.

Bono qeyd edərək deyib ki, İran inqilabını regionda baş verən digər inqilablardan fərqləndirən əsas faktor odur ki, İranda müxtəlif siyasi qruplar arasında müxtəlif fikirlər var və bu firkirlərin də hamısı anti-imperialist firkirlədir.

O deyib: “Hətta biz müstəqil dövltələrdə belə bəzi siyasi qrupların xarici qüvvələr tərəfindən dəstəkləndiyini görürük.”

“İran da isə bütün siyasi cərəyanlar xalqın arzusundan qaynaqlanır və bu qruplar xalqın görüşünü ifadə edirlər və heç bir xarici qüvvələrdən asılılığı yoxdur.”

Fransalı alim həmçinin deyib ki, bu məsələnin digər mühüm nöqtəsi məhz rəhbəriyyətdir. “Heç bir xalq rəhbər olmadan düzgün yolda irəliləyə bilməz və İran İslam Respublikası da bundan kənarda deyil.”

O deyib ki, İranın siyasi qrupları xalqın öz içində formalaşıb və onlar öz əqidələrini İmam Xomeynidən alıblar və İmam Xomeyni bütün bu qrupları bir ideya ətrafında toplayaraq İslam İnqilabının qələbə çalmasını təmin etdi.

Bono deyib ki, İmam Xomeynidən sonra Ayətullah Xamenei İslam İniqlabının rəhbəriyyətini öz üzərinə götürdü.

O qeyd edərək bildirib ki, Ayətullah Xameneinin rəhbərliyi ərzində Qərb dövlətləri dolayı yolla İranı təhdid etməyə başladılar, ancaq tədricən başa düşdülər ki, İmam Xomeyni kimi yeni rəhbər də son dərəcə cəsur və ədalətlidir və İslami, milli və anti-imperialist mövqedən əl çəkməyəcək.
Source : Islamtimes
Comment