QR CodeQR Code

ABŞ-ın pilotsuz təyyarəsi Pakistanda məktəbi bombardman edib: Qurbanlar var

21 Nov 2013 10:54

IslamTimes - Pakistanın şimal-qərbində Xeybər Paxtunxva əyalətində İslam məktəbi ABŞ-ın pilotsuz təyyarəsinin hücumuna məruz qalıb.


Bu barədə  yerli polis idarəsindən anonimlik şərtilə xəbər verilib.
 
Hücum nəticəsində 5 nəfər həlak olub. Onlardan 2-si müəllim, 3-ü isə tələbə olub. Daha bir nəfər isə yaralanıb. Xəbərin rəsmi təsdiqi hələ ki, yoxdur.
 
Qeyd edək ki, dünən  Pakistanın baş nazirinin xarici məsələlər üzrə müşaviri  Sərtac Əziz «Taliban»  hərəkatı ilə danışıqlar dövründə Amerikanın pilotsuz təyyarələrdən hücum keçirməyəcəyinə vəd verdiyini bildirmişdi. /faktxeber/


Story Code: 323098

News Link :
https://www.islamtimes.org/az/news/323098/abş-ın-pilotsuz-təyyarəsi-pakistanda-məktəbi-bombardman-edib-qurbanlar-var

Islam Times
  https://www.islamtimes.org