0
Thursday 21 November 2013 - 14:52

Netanyahu Moskvaya səfər edib

Story Code : 323534
Netanyahu Moskvaya səfər edib
Netanyahu Moskvaya səfər edib
Netanyahunun Moskvaya səfəri İran nüvə enerjisi proqramı məsələsi üzərində Cenevrədə danışıqların ikinci mərhələsi davam edərkən baş verdi.

Netanyahu həmçinin iddia edərək bildirib ki, İsrail İran nüvə enerji proqramı üzərində yaranmış mübahisənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Nətanyahu həmçinin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə və Almaniyaya səslənərək İrandan uranın zənginləşdirməsini dayandırmağı tələb etmələrini bildirib. Analitiklər inanır ki, Netanyahunun Moskvaya səfəri Cenevrə danışıqlarında Rusiyanın mövqeyinə heç bir təsir qoymayacaq.

Moskva artıq İran nüvə enerji məsələsini sanksiyalar yolu ilə deyil, əksinə “mərhələli yaxınlaşma” yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirib.

Netanyahu ilə Putin arasında Kremildə baş verən bu danışıq İsrail baş nazirinin Çindən başqa 5+1 dövlətlərinə xeyli telefon zəngləri etdikdən sonra baş verdi.

Fransa prezidenti Feançis Holland Fransa Cenevrə danışıqlarının ilk mərhələsində razılığı imzalamaqdan boyun qaçırdıqdan sonra İsrailə səfər etdi. İsrail İranın nüvə proqramından əl çəkməsini istəyir, ancaq Tehran isə deyir ki, onun nüvə enerji proqramı təmamilə dinc xarakter daşıyır.
Source : Islamtimes
Comment