QR CodeQR Code

Netanyahu Moskvaya səfər edib

Islamtimes , 21 Nov 2013 14:52

Islamtimes - Moskvada səfərdə olan İsrail baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putin ilə İran nüvə enerji proqramını ətraflı şəkildə müzakirə edib.


Netanyahunun Moskvaya səfəri İran nüvə enerjisi proqramı məsələsi üzərində Cenevrədə danışıqların ikinci mərhələsi davam edərkən baş verdi.

Netanyahu həmçinin iddia edərək bildirib ki, İsrail İran nüvə enerji proqramı üzərində yaranmış mübahisənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Nətanyahu həmçinin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə və Almaniyaya səslənərək İrandan uranın zənginləşdirməsini dayandırmağı tələb etmələrini bildirib. Analitiklər inanır ki, Netanyahunun Moskvaya səfəri Cenevrə danışıqlarında Rusiyanın mövqeyinə heç bir təsir qoymayacaq.

Moskva artıq İran nüvə enerji məsələsini sanksiyalar yolu ilə deyil, əksinə “mərhələli yaxınlaşma” yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirib.

Netanyahu ilə Putin arasında Kremildə baş verən bu danışıq İsrail baş nazirinin Çindən başqa 5+1 dövlətlərinə xeyli telefon zəngləri etdikdən sonra baş verdi.

Fransa prezidenti Feançis Holland Fransa Cenevrə danışıqlarının ilk mərhələsində razılığı imzalamaqdan boyun qaçırdıqdan sonra İsrailə səfər etdi. İsrail İranın nüvə proqramından əl çəkməsini istəyir, ancaq Tehran isə deyir ki, onun nüvə enerji proqramı təmamilə dinc xarakter daşıyır.


Story Code: 323534

News Link :
https://www.islamtimes.org/az/news/323534/netanyahu-moskvaya-səfər-edib

Islam Times
  https://www.islamtimes.org