0
Thursday 21 November 2013 - 23:45

İsrail ABŞ ilə münasibətlər korlandıqdan sonra yeni müttəfiq axtarışındadır

Story Code : 323707
İsrail ABŞ ilə münasibətlər korlandıqdan sonra yeni müttəfiq axtarışındadır
İsrail ABŞ ilə münasibətlər korlandıqdan sonra yeni müttəfiq axtarışındadır
İsrailin baş naziri Benyamin Netanyahu halhazırda Cenevrədə baş tutan İran nüvə danışıqlarına qarşı lobbilik işləri aparmaq üçün Rusiyada səfərdə olduğu bir müddətdə Liberman çərşənbə günü etiraf edərək bildirib: “İsrail və onun əsas strateji müttəfiqi olan ABŞ arasında əlaqələr zəifləyib.”

“Hər kəs artıq bunu bilir. Amerikanın Şimali Koreya, Əfqanıstan, Pakistan, İran, İraq kimi problemləri var və onların başı öz yerli problemlərinə qarışıb.”

Baş diplomat müttəfiq olmaq istədikləri ölkələr haqqında açıqlama verməsə də deyib ki, İsrail elə bir dövlət ilə müttəfiq olmaq istəyir ki, o Ərəb və İslam dünyasından gələn puldan asılı olmasın və bizimlə əməkdaşlıq etmək arzusunda olsun.

Libermanın bu açıqlaması Netanyahunun bu ildə Rusiyaya artıq ikinci səfəri ilə üst-üstə düşür. Netanyahu bu görüşdə açıq şəkildə deyib ki, o İran nüvə enerji proqramının Rusiyanın Suriya haqqında təklif etdiyi həll yolundan istifadə edərək həll edilsin.

Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində deyib ki, o Cenevrə danışıqalrının nəticələrinin müsbət olması haqqında ümidlidir.

Keçən həftə İsrail baş naziri Netanyahu nüvə danışıqlarının şərtlərinin ağırlaşdırılması fikrini dəstəkləyən Fransa prezidenti Françios Hollande ilə görüşüb.
Source : Islamtimes
Comment