QR CodeQR Code

Minlərlə Bəhreynli rejim zorakılığına qarşı etiraz nümayişi keçiriblər

Islamtimes , 23 Nov 2013 15:44

İslamtimes -Bəhreyndə minlərlə insan rejimin xalqa qarşı zorakılığına etiraz olaraq paytaxt Manama küçələrinə axışıblar.


Nümayişçilər cümə günü əllərində milli bayraqlar gəzdirərək və şüarlar səsləndirərək siyasi məhbusların azad edilməsini tələb ediblər.

Bu arada əsas müxalifət qrupu Əl Vəfaq hərəkatı bəyanat dərc edərək davam edən həbsləri, siyasi məhkəmə və ayrıseçkilikləri tənqid atəşinə tutub.

O həmçinin Bəhreyn rejimini xalqa qarşı həddən artıq zorkılıq tətbiq etdiyi üçün və Bəhreyn Müstəqil Araşdırma Komissiyasının tələblərinə məhəl qoymamaqda tənqid etmişdir.

2011-ci ilin fevral ayından etibarən Bəhreyn kütləvi etirazlar ilə üz-üzədir. Etirazçılar seçkilərin və demokratik islahatların keçirilməsini tələb edirlər. Ancaq rejimin zorakılığı ilə qarşılaşan etirazçılar daha sonra Ali Xəlifə rejiminin devrilməsi tələbi ilə nümayişlər təşkil etməyə başladılar.

2011-ci ilin 14 mart tarixində Səudiyyə Ərəbistanından və Birləşmiş Ərəb Əmirliklərindən olan ordu qüvvələri Manam rejiminin tələbi əsasında nümayişləri yatırtmaq üçün Bəhreynə gəldilər.

2011-ci ilin noyabr ayında Bəhreyn Müstəqil Araşdırma Komissiyasının dərc etdiyi hesabatda etiraz nümayişlərində iştirak edən 46 nəfərin qətlə yetirildiyi, 559 nəfərin işgəncəyə məruz qaldığını və 4000-dən çox insanın isə iş yerindən qovulduğu haqqında məlumat verib.


Story Code: 323876

News Link :
https://www.islamtimes.org/az/news/323876/minlərlə-bəhreynli-rejim-zorakılığına-qarşı-etiraz-nümayişi-keçiriblər

Islam Times
  https://www.islamtimes.org