0
Saturday 23 November 2013 - 16:13

Müsəlman görünüşlü İngilis terroristlər

Story Code : 323891
Müsəlman görünüşlü İngilis terroristlər
Müsəlman görünüşlü İngilis terroristlər
Suriyada dünyanın bir çox yerindən gəlmiş terroristlər mövcuddur. Qərb mediasında son zamanlar Almaniya, İngiltərə, Hollandiya, Fransa və digər Avropa ölkələrindən gələn terroristlərin ölüm xəbərləri geniş yer almağa başladı.

İngilis qəzeti “The Times” da həmçinin dünənki sayında dörd ingilis vətəndaşının Əl Qaidə cərgələrində Əsəd hökumətinə qarşı döyüşərkən öldürüldükləri haqqında məlumat yayıb.

Qəzet həmçinin gələcəkdə İngiltərəyə geri qayıdacaq terroristlərin İngiltərə üçün böyük problemlər yaradacağı haqqında da yazıb. Suriyada Əsəd qüvvələrinin Hələbdə təşkil etdiyi hərbi əməliyyat nəticəsində öldürülən ingilislərin üçü Londonludur. Digər ingilis isə hökumət qüvvələrinə qarşı tələ qurarkən qətlə yetirilib.

Qəzet İngilis kəşfiyyat orqanı olan Mİ5-ə istinad edərək deyib ki, Suriyada təxminən 300 ingilis vətəndaşı əl Qaidə cərgələrində Bəşər Əsəd hökumətinə qarşı döyüşür.

Times qəzeti hələ avqust ayında dərc etdiyi bir xəbərdə 10 min xarici üsyançının Suriyadakı terroristlərə qatıldığını və bunlardan 150-sinin İngilis olduğunu bəyan etmişdir.

Digər tərəfdən İordaniyalı sələfilər Suriyada ordu qüvvələri ilə döyüşən 20 ABŞ vətəndaşının da qətlə yetirildiyini bildirmişdir. Bəşər Əsəd qüvvələrinin öldürdüyü avropalıların əksəriyyəti Fransız vətəndaşı olduğu bildirilir.

Fransa daxili işlər naziri Manuel Valls da bu ilin əvvəlində etdiyi açıqlamada 120-si fransız olmaqla 600-dan çox avropalının Suriyada döyüşdüyünü bildirmişdir.

Ancaq son aylarda Suriyaya Avropadan daha çox terrorist və üsyançıların gələdiyi bildirilir. Boğaziçi Universitetinin Müəllimi Səda Altuğ Rusiyanın Səsi Radiyosuna verdiyi müsahibədə Suriyanın xaotik bir yer halına gəldiyini ifadə etdikdən sonra dünyanın hər yerindən, əsasən də Avropadan Suriyaya üsyançı dəstələrinin gəldiyini bildirmişdir.
Source : Islamtimes
Comment