QR CodeQR Code

Türkiyə ilə Rusiya arasında viza ləğv edildi

28 Jul 2010 06:09

İslamTimes - Türkiyə ilə Rusiyanın viza rejiminin ləğvinə dair qərarı rəsmən qüvvəyə minib.


Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məşlumata görə, bundan sonra ruslar 30 gün müddətinə Türkiyəyə vizasız gedə biləcək. Əvvəllər onlar bunu etmək üçün sərhəddə 20 dollar ödəyərək viza almalı idilər.
Xatırladaq ki, tərəflər arasında viza rejiminin ləğvinə dair razılaşma mayın 12-də Rusiya prezidenti Dmitri Medvedevin Ankaraya səfəri zamanı imzalanmışdı.


Story Code: 32391

News Link :
https://www.islamtimes.org/az/news/32391/türkiyə-ilə-rusiya-arasında-viza-ləğv-edildi

Islam Times
  https://www.islamtimes.org