QR CodeQR Code

Türkiyə Misir səfirini “persona non-qrata” elan edib

24 Nov 2013 01:47

IslamTimes - Misirin Ankaradakı səfiri Əbrurrəhman Səlahəddin “persona non-qrata” elan edilib.


APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN açıqlamasında bildirilir.
 
“Beynəlxalq münasibətlərin əsasını təşkil edən qarşılıqlıq prinsipi çərçivəsində səfir səlahiyyətlərinin müvəqqəti icraçısı Türkiyə XİN-ə çağırılıb. Ona bizim diplomatik münasibətlərimizin səviyyəsinin aşağı düşdüyü bildirilib. Bundan əvvəl məsləhətləşmələr üçün Ankaranı tərk etmiş Misir səfiri Əbrurrəhman Səlahəddin isə “persona non-qrata” elan edilib”, deyə sənəddə bildirilir.    
 
Qeyd edək ki, bundan əvvəl Misir Türkiyənin Qahirədəki səfirindən ölkəni noyabrın 29-dək tərk etməsini tələb edib.
 
Türkiyə XİN iki ölkə arasındakı diplomatik böhrana görə məsuliyyəti Misirin müvəqqəti hökumətinin üzərinə qoyub. “Bizi kədərləndirən yaranmış vəziyyətə görə bütün məsuliyyəti ölkəni 3 iyul çevrilişindən sonra idarə edən müvəqqəti hökumət daşıyır.  Lakin istənilən halda Türkiyə və Misir xalqları arasındakı tarixi münasibətlər və qardaş əlaqələr həmişə qalacaq”, deyə sənəddə vurğulanır.
 
Türkiyə XİN iki ölkə arasındakı münasibətlərin yaxın müddətdə normallaşacağına ümidvar olduğunu bildirib. 


Story Code: 324019

News Link :
https://www.islamtimes.org/az/news/324019/türkiyə-misir-səfirini-persona-non-qrata-elan-edib

Islam Times
  https://www.islamtimes.org