QR CodeQR Code

Suriyada dövlət nazirinə sui-qəsd törədilib

24 Nov 2013 14:07

IslamTimes - Suriyada Məsyaf-Kadmus şosesində Milli Barışıq naziri Əli Heydərin xidməti avtomobilini idarə edən sürücüsü qətlə yetirilib.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hücum zamanı nazir avtomobildə olmayıb. Qeyd edək ki, 2 gün əvvəl onun avtomobili döyüşlərin getdiyi Deyr-Ətiyyə şəhərinin yaxınlığında atəşə tutulmuşdu. Əli Heydərin səyləri nəticəsində Dəməşq və Homs yaxınlığındakı  bir neçə rayonda atəşkəs rejiminin tətbiq edilməsinə nail olub, üsyançıların bir neçə dəstəsi isə silahı yerə qoyaraq amnistiyanın şərtlərini qəbul edib. 


Story Code: 324126

News Link :
https://www.islamtimes.org/az/news/324126/suriyada-dövlət-nazirinə-sui-qəsd-törədilib

Islam Times
  https://www.islamtimes.org