QR CodeQR Code

Çin, Rusiya və İran Xarici İşlər Nazirləri üçtərəfli görüş keçirdi

24 Nov 2013 14:12

IslamTimes - İran, Rusiya və Çinin XİN-ləri Məhəmmədcavad Zərif, Sergey Lavrov və Yang Eyi İran və 5+1 müzakirələrinin davamında üçtərəfli görüş keçiriblər.


İran və 5+1 müzakirələrinin davamında İran, Rusiya və Çin Xarici işlər nazirləri Cenevrədə üçtərəfli görüş keçiriblər.
 
“Mehr” xəbər agentliyinin Cenevrəyə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, müzakirələrdə iştirak etmək üçün 6 avropa ölkəsinin xarici işlər nazirləri dünən axşam saatlarında Cenevrəyə gəliblər.
 
Məlumatda, ötən gecə İran və Rusiya Xarici işlər nazirləri Məhəmmədcavad Zərif və Sergey Lavrovun görüşdüyü bildirilir.
 
Bu arada, ABŞ Dövlət katibi Con Kerri, Avropa Birliyi Xarici Siyasət Komissiyasının rəhbəri Katrin Eşton və İranın Xarici İşlər Naziri Məhəmmədcavad Zərif də üçtərəfli görüş keçirib.
 
Danışıqlar artıq 4-cü gündür davam edir, ancaq hələ heç bir razılıq əldə edilməyib.
 
Deyilənə görə, bir-iki məsələdə fikir ayrılıqları mövcuddur və xarici işlər nazirləri həmin mübahisəli məsələləri aradan qaldırmaq məqsədi ilə Cenevrəyə gəliblər.
 
İran XİN-i Məhəmmədcavad Zərif təkidlə bildirib: İran nümayəndə heyəti İran xalqının hüquqlarını məhdudlaşdıracaq istənilən addıma qarşı müqavimət göstərəcək və ümidvarıq ki, başqaları da İran millətinin nümayəndələri ilə hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında davranmalı olduqlarını anlayacaqlar.
 
İran nümayəndə heyətinin aparıcı üzvü Abbas Əraqçi isə özünün “Twitter” hesabında yazıb: Müzakirələrin 4-cü günü çətin və nəfəskəsicidir. Nazirlər gəliblər. Ümidvarıq ki, çətin qərarlar qəbul etmək üçün gəliblər.”  /azadxeber/


Story Code: 324128

News Link :
https://www.islamtimes.org/az/news/324128/çin-rusiya-və-iran-xarici-işlər-nazirləri-üçtərəfli-görüş-keçirdi

Islam Times
  https://www.islamtimes.org