0
Sunday 24 November 2013 - 14:52

Sələfi təhlükəsi

Story Code : 324139
Sələfi təhlükəsi
Sələfi təhlükəsi
Noyabrın 23-də mətbuatda yayılan xəbərlərdə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu terrorda şübhəli bilinərək həbs olunduğu bildirilir.

Yadınızdadırsa ötən ay Şeyx Mirzahmad Əl-Qusari kimi tanınan Nəriman Mirzəyevin sosial şəbəkələrdə Azərbaycanda şiə müsəlmanlarına qarşı cihad və şəxsən hacı Şahin Həsənli haqqında ölüm fətvası vermişdi.

Əl-Qusarinin sələfi təriqətinə mənsub olduğu sirr deyil və xatırlayırsınızsa bu barədə biz bəhs edərkən qeyd etmişdik ki, bu təhdidlərə diqqət etmək lazımdır, onların fətvasını qulaq ardına vurmaq olmaz.

Bu gün MTN tərəfindən aparılan uğurlu əməliyyat sübut etdi ki, bu adamlar real terrorçulardır. Hələlik ictimaiyyətə geniş məlumat verilməyib, şübhəsiz ki, yaxın zamanlarda təfsilatlı açıqlamaların şühidi olacağıq. Öz növbəsində “Məşəd Dadaş” məscidinin axundu, hacı Şahin verdiyi açıqlamada bəyan edib ki, bu günlərdə Bakıda deyil, bir konfransa qatılmaq üçün İstanbuldadır.

Hacı Şahin qeyd edib ki, sosial şəbəkələrdə bircə dəfə təhdid alıb bundan sonra hüquq mühafizə orqanlarına müraciət etməsə də, hüquq mühafizə orqanlarının onun təhlükəsizliyinin təminatından əmin idi.

Əl-Qusarinin arxasında konkret olaraq hansı qüvvələrin olmasını indidən demək çətindir, ola bilər Qafqaz Əmirliyi onlara dəstək verir, ola da bilər Əl-Qaidə ilə bağlı hansısa başqa bir qrup bu gəncləri ekstremist fikirlərlə zəhərləyib onları “meydana” buraxır. Hər bir halda, bu cür çağrışlar, hərəkətlər, fəaliyyətlər Azərbaycan üçün dəhşətli nəticələrə gətirib çıxara bilər.

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonundakı müharibəni istisna etsək Azərbaycanda heç zaman dini, milli, zəmində vətəndaş qarşıdurması, silahlı münaqişə olmayıb. Dağlıq Qarabağ münaqişəsinin təşkilatçısı və idarə edəni məlumdur. Əlbəttə ayrı ayrı zamanlarda sələfi təriqətindən olan müsəlmanlar şiələri döyüb, kütləvi davalar edib, şiələri qovaraq məscidlərini əlindən alıb, onları təhqirlərə və fiziki təzyiqlərə məruz qoyduğu hallar az olmayıb, daima da şiələr məzlumluqdan, əzilməkdən, alçalmaqdan, hədəfdə olmaqdan başqa bir şeylə gündəmə gəlməyiblər.

Əzilən tərəf olması Azərbaycan şiələri üçün bəlkə də bir günahsızlıq donu təşkil edə bilərdi, di gəl ki, həbsdə olan yüzlərlə hicab məhbusunun hamısı şiə müsəlmanlarıdır. Onların hamısı hakimiyyət tərəfindən şərlənərək həbs olunub.

Əl-Qusarinin verdiyi fətvadan və iddialarından açıq aydın bəlli olur ki, təmsil olunduğu dairə Azərbaycanda dini zəmində qarşıdurma hazırlayır, bunun üçün Suriyada döyüşən sələfi terroçuların da Azərbaycana dönəcəyini səbirsiziklə gözləyir.

Yadınızdadırsa bir neçə ay əvvəl Azərbaycan hakimiyyəti Azərbaycandan Suriyaya Əsəd hakimiyyətinə qarşı döyüşmək üçün gedən sələfilərin ölkəni tərk etməsinə sevindiyini bildirmişdi, yəqin həmin azərbaycanlıların yenidən ölkəyə qayıtmasını əngəllmək üçün tədbir görmələri də ən vacib iş olardı. Di gəl bu Azərbaycanda sələfilərin inkişafının, yayılmasının, terrorunun qabağını tam almış olmayacaq, ona görə də MTN gərək həmişə bu mövzuya diqqətli olsun.
Source : Islamtimes
Comment