QR CodeQR Code

Tehran və dünya dövlətləri nəhayət ki, nüvə məsələsində razılığa gəldilər

Islamtimes , 24 Nov 2013 15:17

İslamtimes - İran xarici işlər naziri Muhəmməd Cavad Zərif deyib ki, İran və dünya dövlətləri nəhayət ki, Cenevrədə intensive keçən dörd günlük danışıqdan sonra Tehranın nüvə enerji proqramı məsələsində çoxdan gözlənilən razılığı əldə ediblər.


Fransa xarici işlər naziri Laurent Fabius və Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Eştonun sözçüsü Mişel Mann da həmçinin İran ilə nüvə razılaşmasının əldə edilməsini elan edib.

Bu razılıq bazar günü səhər Tehran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və üstəgəl Almaniya arasında olan intensive nüvə danışıqlarından sonra əldə edildi.

İran həmçinin bu nüvə razılaşmasının tərkib hissəsi olaraq 4.2 milyard dollar dəyərində xarici mübadilə çıxış əldə edəcək.

İranın baş nüvə müzakirəçisi xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçı deyib ki, razılaşma ölkənin “zənginləşdirmə proqramını” tanıyıb.

Əraqçı daha əvvəl qeyd edərək bildirmişdir ki, Tehran İranın uranı zənginləşdirmək haqqını tanımayan heç bir razılığa imza atmayacaq.

Bu razılaşma İran prezidenti Həsən Ruhani avqust ayında vəzifəyə gəldikdən sonra Tehranın təşkil etdiyi üçüncü nüvə danışığı mərhələsində əldə edildi.


Story Code: 324153

News Link :
https://www.islamtimes.org/az/news/324153/tehran-və-dünya-dövlətləri-nəhayət-ki-nüvə-məsələsində-razılığa-gəldilər

Islam Times
  https://www.islamtimes.org