QR CodeQR Code

"İran və Rusiya müştərək mənafeyə sahibdirlər"

24 Nov 2013 20:11

IslamTimes - İran Prezidenti Həsən Ruhani Rusiya Baş nazirinin müavini Dimitri Roqozinlə görüşüb.


Trend-in məlumatına görə, bu barədə Tasnimnews xəbər saytı məlumat verir.
 
Görüşdə Ruhani deyib ki, İran və Rusiya arasında əlaqələr dostluq əlaqəsidir və çox qədim tarixə söykənir: "Biz öz əlaqələrimizi adi əlaqələr səviyyəsindən daha yüksək səviyyəyə qaldırmalı və hərtərəfli inkişaf etdirməliyik".
 
Ruhani deyib ki, İran və Rusiya Yaxın Şərqdə və dünyanın bir çox bölgələrində müştərək mənafeyə sahibdirlər. İran və Rusiya arasında əlaqələrin inkişafı üçün uzunmüddətli proqramlar hazırlanmalıdır.
 
Roqozin öz növbəsində Rusiya Prezidenti Viladimir Putinin iranlı həmkarına salamını çatdırıb və deyib ki, Rusiya Prezidenti də İranla əlaqələrin inkişafında maraqlıdır.


Story Code: 324243

News Link :
https://www.islamtimes.org/az/news/324243/iran-və-rusiya-müştərək-mənafeyə-sahibdirlər

Islam Times
  https://www.islamtimes.org