QR CodeQR Code

Ali dini lider İran ilə “altılıq” arasında razılaşmaya münasibət bildirdi

25 Nov 2013 10:19

IslamTimes - Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xamenei İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, eləcə də Almaniyanın rəsmiləri arasında əldə edilmiş İranın nüvə razılaşmasını təqdir edib.


Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Seyyid Əli Xameni İranın nüvə danışıqlarından iştirak edən komandasını təbrik edərək, onların fəaliyyətini müsbət dəyərləndirib.
 
İran prezidenti Həsən Ruhaninin təbrik məktubuna cavabında ali dini lideri bildirib ki, bu nailiyyət gələcək uğurların əsası kimi dəyərləndirilə bilər.

Ayətullah Xamenei həmçinin İranın nüvə danışıqlarında iştirak edən vasitəçilərini gələcəkdə də yüksək tonlu tələblərə müqavimət göstərməyə çağırıb.
 
Televiziya ilə İran xalqına müraciətində isə xalqı təbrik edib və bildirib ki, bu danışıqlar sonda İrana qarşı bütün beynəlxalq və birtərəfli sanksiyaların ləğvi ilə nəticələnəcək.
 
Qeyd edək ki, intensiv dörd gün ərzində davam edən danışıqların nəticəsində bazar günü səhər saatlarında tərəflər arasında artıq razılıq əldə olunub. Bu razılaşma İran ilə Qərb arasında on ildən çox müddətində davam edən nüvə probleminin tam şəkildə həllinə yol açır.
 
Razışlaşma əsasında İranın uranı beş faizə qədər zənginləşdirmə hüququ tanınır, həmçinin ABŞ və Avropa Birliyinin İran neftinin ixracatına və səhiyyəsinə qoyduğu embarqo aradan qaldırılır. İran altı ay müddətinə Natanze,. Fordo və Arak obyektlərində də fəaliyyətini dayandırır və bu obyektlərdə ekspertlərin təftiş aparmasına şərait yaradılır. Deyerler.org


Story Code: 324366

News Link :
https://www.islamtimes.org/az/news/324366/ali-dini-lider-iran-ilə-altılıq-arasında-razılaşmaya-münasibət-bildirdi

Islam Times
  https://www.islamtimes.org