0
Tuesday 26 November 2013 - 09:41

İran daxilindəki birlik nüvə razılaşmasının əldə edilməsində mühüm rol oynayıb

Story Code : 324698
İran daxilindəki birlik nüvə razılaşmasının əldə edilməsində mühüm rol oynayıb
İran və “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü, üstəgəl, Almaniya) ölkələri anlaşmanın əldə olunması dünyada müsbət qarşılanıb. Xatırladaq ki, noyabrın 20-də Cenevrədə başlayan danışıqların 4-cü günü tərəflər arasında anlaşma əldə olunub. 
 
İlkin razılaşmaya görə, Qərb ölkələri İranın uranı 5 faizədək zənginləşdirmə hüququnu tanıyıb. Eyni zamanda heç bir material, o cümlədən 20 faiz zənginləşdirilmiş uranın İrandan xaric edilməyəcəyini qəbul edib. Ancaq zənginləşdirilmiş uranın İranda məhv ediləcəyi ilə bağlı öhdəlik götürdüyü bildirilir. Həmçinin bunun qarşılığında İrana qarşı neft-kimya sanksiyaları götürüləcək, iqtisadi embarqonun 6 ay ərzində yumşaldılacağı ilə bağlı öhdəlik götürdüyü bildirilir. Bu mərhələdə Tehrana 8 milyard dollar dəyərində maliyyə dövriyyəsinə imkan yaradılacaq. İranın nüvə mərkəzlərində vaxtaşırı yoxlamalar həyata keçiriləcək.
 
Bu hadisə Vaşinqtonda müsbət qarşılanıb. Bölgənin əsas dövlətlərindən olan Türkiyə də razılaşmanı alqışlayıb. İsrail hökuməti isə razılaşmanı “tarixi xata” adlandırıb. ABŞ prezidenti Barak Obama Cenevrə razılaşmasına inandırmaq üçün İsrail baş nazirinə telefon zəngi edib.
 
Cenevrə anlaşması İranda böyük sevinclə qarşılanıb. Tehrana qayıdan xarici işlər naziri Məhəmmədcavad Zərif aeroportda qəhrəman kimi qarşılanıb. Telekanallara müsahibə verən XİN rəhbəri deyib ki, ölkəsi razılaşmanın qorunub saxlanması üçün əlindən gələni edəcək.

Ali dini lider Ayətullah Seyyid Əli Xamenei də İranla “altılıq” arasında əldə edilmiş nüvə razılaşmasını təqdir edib. Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, o, İranın danışıqlarda iştirak edən komandasını təbrik edərək, onların fəaliyyətini müsbət dəyərləndirib. 
 
İran prezidenti Həsən Ruhaninin təbrik məktubuna cavabında ali dini lider bildirib ki, bu nailiyyət gələcək uğurların əsası kimi dəyərləndirilə bilər. Televiziya ilə İran xalqına müraciətində isə o, xalqı təbrik edib və bildirib ki, bu danışıqlar sonda İrana qarşı bütün beynəlxalq və birtərəfli sanksiyaların ləğvi ilə nəticələnəcək. /Musavat/
Comment