0
Tuesday 26 November 2013 - 20:11

Fransa Mərkəzi Afrikaya qoşun göndərəcək

Story Code : 324925
Fransa Mərkəzi Afrikaya qoşun göndərəcək
Fransa dövləti Mərkəzi Afrikaya yaxın 6 ay ərzində qoşun göndərəcək. Bu haqda ölkənin müdafiə naziri Jan-İv Li Drian məlumat verib. O, əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının razılığını aldıqdan sonra Mərkəzi Afrika Respublikasına daha min nəfərlik kontingent yola salınacaq.
 
Fransız hərbçilərin ölkəsinə göndəriləcəyi ilə bağlı məlumatı baş nazir Nikolas Tyanqaye də təsdiqləyib. Mərkəzi Afrika Respublikasının hökumət rəhbəri həmçinin bildirib ki, Fransa ordusu ölkədəki əsgərlərinin sayını 3 dəfə artırmağı düşünür.  /faktxeber/
Comment