0
Wednesday 27 November 2013 - 12:08

Ağ Ev Ukraynaya sanksiyalar tətbiq edə bilər

Story Code : 325077
Ağ Ev Ukraynaya sanksiyalar tətbiq edə bilər
ANS PRESS-in verdiyi məlumata görə, ABŞ Prezident Administrasiyasının rəsmi saytında, Ukrayna prezidenti Viktor Yanukoviçə və Nazirlər Kabinetinə qarşı sanksiyaların tətbiq olunması tələbi irəli sürülüb.
 
Tələbdə bildirilir ki, əgər prezident Viktor Yanukoviç noyabrın 29-da Vilnüsdə keçiriləcək Şərq əməkdaşlığı sammiti zamanı Ukraynanın Avropa Birliyinə üzvlüyü haqqında razılaşmanı imzalamasa, bu sanksiya tətbiq olunmalıdır.
 
Yəni, Ukrayna vətəndaşlarına Amerikaya və Avropa Birliyi ölkələri ərazisinə giriş qadağan olunmalı və bu ölkələrlə əməkdaşlıq edən Ukrayna şirkətlərinin bank hesabları dondurulmalıdır.
 
Rəsmi saytda müzakirəyə çıxarılan bu təklif hazırda 749 səs toplayıb. Əgər tələb 30 gün ərzində 100 min səs toplasa, Barak Obamanın administrasiyası buna baxmalı olacaq. 
Comment