0
Wednesday 27 November 2013 - 08:52

Suriya danışıqları üçün heç bir şərt mövcud deyil

Story Code : 325278
Suriya danışıqları üçün heç bir şərt mövcud deyil
Suriya danışıqları üçün heç bir şərt mövcud deyil
Brahimi bu açıqlamanı bazar ertəsi günü BMT baş katibi Ban Ki-mun Ərəb ölkəsində mövcud olan münaqişəni həll etmək üçün çoxdan gözlənilən sülh danışıqların vaxtını elan etdikdən sonra demişdir.

Suriyanın xaricdən dəstək alan müxalifəti demişdir ki, onlar yalnız prezident Bəşər Əsədin istefasından sonra danışıqlara qatılacaqlar.

Suriya hökuməti danışıqlarda iştirak etməyə razılıq verib, ancaq əvvəlcədən qoyulmuş şərt və Əsədin devrilməsi tələbini rədd edib.

Beynəlxalq nümayəndə deyib ki, həqiqətən də suriyalılar üçün mühümdür ki, Cenevrəyə gəlsin və bir-biri ilə ümid verici şəkildə danışıqlar aparsınlar.

Brahimi həmçinin deyib ki, danışıqlarda iştirak edəcək iştirakçıların siyahısı hələ ki, tamamlanmayıb, ancaq İran və Səudiyyə Ərəbistanı mütləq iştirakçılar arasında olacaq.

Bu arada BMT rəhbəri deyib ki, o münaqişədə rolu olan hər bir tərəfi danışıqları dəstəkləməsini gözləyir.

Ban həmçinin deyib: “Münaqişə 100 min insanın canına qıymaqla, 9 milyon insanı evindən didərgin salmaqla və dəhşətli insan hüquqlarının pozulamsı ilə çox uzun sürdü.”

2012-ci il iyun ayında keçirilən Cenevrə danışıqlarının davamı olan Cenevrə 2 7 may tarixində Moskva və ABŞ tərəfindən təklif edilmişdir, ancaq keçirilmə tarixi bir neçə dəfə dəyişdirilmişdir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya daxilində prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Comment