QR CodeQR Code

“Boeing”in gəliri 21 faiz azalıb

29 Jul 2010 06:27

IslamTimes - Təyyarə nəhənginin gəliri 21 faiz azalıb


ABŞ-ın təyyarə istehsalı ilə məşğul olan “Boeing” şirkətinin gəliri ilin ikinci rübündə 21 faiz azalıb. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, şirkət son 3 ayda cəmi 787 milyon qazanc əldə edib.
Sərnişin və hərbi təyyarə istehsalı sahəsində gəlirləri azalan “Boeing”in keçən ilin eyni dövründə qazancı 998 milyon dollar olub. Yeni nəsil sərnişin təyyarələri – “Boeing 787 Dreamliner” və “Boeing 747-8” bu ilin sonuna qədər satışa çıxarmağı planlaşdıran şirkətin planını gələn ilə qədər təxirə salacağı da gözlənilir.


Story Code: 32532

News Link :
https://www.islamtimes.org/az/news/32532/boeing-in-gəliri-21-faiz-azalıb

Islam Times
  https://www.islamtimes.org