0
Thursday 28 November 2013 - 10:00

İran prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb

Story Code : 325403
İran prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələr və regional məsələlər əsas müzakirə mövzusu olub.
 
H.Ruhani bildirib ki, Cenevrə razılaşması İranın digər ölkələrlə əlaqələrinin genişləndirilməsi yolundakı maneələri aradan qaldırıb: “İranla Türkiyə arasında da iqtisadi münasibətlərin genişləndirilməsi vacibdir. İki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 2014-cü ildə məqbul səviyyəyə çatmalıdır”.

İran prezidenti həmçinin regional məsələlərə toxunub: “Terrorizm və ifratçılığa qarşı mübarizə, region ölkələri arasında ərazi bütövlüyü və həmrəyliyin, sabitlik və təhlükəsizliyin qorunması İran-Türkiyə əməkdaşlığı tələb edir”.

Əhməd Davudoğlu isə Cenevrə razılaşmasını tarixi hadisə adlandıraraq, bunun İranın dünyada bütün ölkələr, o cümlədən qonşu ölkələrlə münasibətlərinin gücləndirilməsinə gətirib çıxaracağını deyib. Onun sözlərinə görə, ötən 10 ildə göstərilən təzyiqlər və qoyulan sanksiyalara baxmayaraq, iki ölkənin münasibətləri yüksək səviyyəyə çatıb: “Türkiyə İranla bütün sahələrdə əlaqələrini genişləndirməyə hazırdır. Eyni zamanda regional problemlərin həlli, İranın Suriya böhranının nizamlanması məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan konfransda iştirakı İran-Türkiyə əməkdaşlığının genişləndirilməsi üçün vacibdir”.
Comment