QR CodeQR Code

İran yüksək texnalogiya əsasında qurulan yeni radar sistemini təqdim edib

Islamtimes , 28 Nov 2013 00:20

Islamtimes - İran dəniz donanması uzaq məsafəli hədəfləri tuta biləcək yeni yerli istehsal olan və yüksək texnalogiya əsasında qurulan radar sisteminin təqdimatını keçirib.


“Əsr” adlanan bu radar sistemi Milli Hərbi Donannma Günü münasibətilə təşkil edilən və hərbi donanma komandiri admiral Həbibullah Səyyari və ordu komandiri müavini briqada generalı Abdulrəhim Musəvinin qatıldığı mərasim zamanı təqdim edilib.

Musəvi deyib: “Radar sistemi hərbi gəmilərə yerləşdirilə bilər və bu da hərbi donanmanın döyüş qabiliyyətini ceyli artırır.”

Komandir əlavə edərək deyib: “Yerli istehsal olan radar sistemi 100 mil məsafə uzaqlığında 4 kvadrat ərazidə yerləşən hədəfləri aşkar edə bilər və həmçinin qanadlı raketləri də müəyyən edə bilər.”

Yaxın bir neçə il ərzində İran hərbi donanmaları su yolu təhlükəsizliyini qorumaq və ticarət gəmi və tankerlərin təhlükəsizliyini təmin etmək üçün beynəxlaq sularda öz mövcudluğunu xeyli artırıb.

Piratçılıq ilə mübarizədə görülən beynəlxalq əməliyyatlar çərçivəsində İran hərbi donanması da həmçinin 2008-ci ildən etibarən Ədən Körfəzində anti-pirat əməliyyatları həyata keçirir və İranın olan və yaxud İran ilə ticarət əlaqələri olan gəmi və tankerləri piratların hücumundan qoruyur.


Story Code: 325672

News Link :
https://www.islamtimes.org/az/news/325672/iran-yüksək-texnalogiya-əsasında-qurulan-yeni-radar-sistemini-təqdim-edib

Islam Times
  https://www.islamtimes.org