QR CodeQR Code

Siyasi analitik: Səudiyyə Ərəbistanı və İsrail Yaxın Şərqdə xaos yaratmaq ardıncadırlar

Islamtimes , 28 Nov 2013 01:14

İslamtimes - Finian Çuningam müashibə zamanı deyib: “Səudiyyə Ərəbistanı və İsrail regionda terrorizmi və məzhəbi münaqişəni qızışdırmaqla bu münaqişədən öz maraqları naminə istifadə etməyə çalışırlar.”


Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, Səudiyyə Ərəbistanı və İsrail Yaxın Şərq regionunda xaos yaratmaqla regionda stabilliyə və sülhə qarşı təhlükə yaradan əsas rejimlərdir.

Finian Çuningam müashibə zamanı deyib: “Səudiyyə Ərəbistanı və İsrail regionda terrorizmi və məzhəbi münaqişəni qızışdırmaqla bu münaqişədən öz maraqları naminə istifadə etməyə çalışırlar.”

O əlavə edərək deyib: “Despotizim və ayrılıqçılığa əsaslanan Səudiyyə və İsrail rejimləri regionda sülh və təhlükəsizliyin bərpa edilməsi ilə ən çox itirən tərəf olacaq.”

Suriya, İraq, Pakistan, Afqanıstan və Livan da daxil olmaqla bir çox regional dövlətlər regiondakı sələfi və təkfirçi qrupların hər gün səbəb olduqları münaqişə səbəbindən böyük təsirlərlə mərzu qalırlar.

Analitik Səudiyyə Ərəbistanın extremist döyüşçüləri yüz milyon dollarlar vəsait hesabına silah sursat ilə təmin etdiyinə və dəstəklədiyinə toxunmuş və demişdir ki, Suriya və İraqda hər gün onlarla sivil vətəndaşı qətlə yetirən bu vəhabi terror şəbəkələri krallığın kəşfiyyat rəhbəri şahzadə Bəndər bin Sultan da daxil olmaqla Səud ailəsinin üzvləri tərəfindən təşkil edilir.

Regionda terror hücumların yeni mərhələsi kimi Livanın paytaxtı Beyrutda İran səfirliyi qarşısında baş verən iki bombalı hücum nəticəsində altı İran vətəndaşı da daxil olmaqla 20-dən çox insan həlak olmuş və 150 nəfər isə yaralanmışdır.

Livan bu terror hücumunda əli olan və sələfi şeyxi Əhməd əl Əsirə bağlı olan iki livanlı vətəndaş Muin əbu Dahir və Adnan Musa Muhəmmədi və Fələstindən olan Ayn əl Hilveyi həbs edib.


Story Code: 325691

News Link :
https://www.islamtimes.org/az/news/325691/siyasi-analitik-səudiyyə-ərəbistanı-və-israil-yaxın-şərqdə-xaos-yaratmaq-ardıncadırlar

Islam Times
  https://www.islamtimes.org