QR CodeQR Code

Sələfilərin qərarı qüvvədədir

Islamtimes , 28 Nov 2013 01:38

İslamtimes - Polis tərəfində heç bir tədbir görülməyib.


Azərbaycan mətbuatının diqqətindən yayılan bir xəbər ətrafında düşünməyə dəyər. Belə ki, noyabrın 26-da Zaqatala rayonunda Qafqaz Əmirliyinin əsgərləri kimi özünü qələmə verən 4 nəfər silahlı şəxs rayonun Yuxarı Tala kəndində yerli sakinlərlə söhbət zamanı bəyan ediblər ki, haqqında ölüm fətvası verilən hacı Şahin Həsənli hələ də onların hədəfindədir və ölüm haqqındakə qərar gec tez icra olunacaq.

Yaraqlı terrorçular Azərbaycanı rafizilərdən (şiələr nəzərədə tutulur) təmizləyəcəklərinə and içdiklərini də bildiriblər. Maraqlı olan burasıdır ki, həmin şəxslər günün günorta çağı silahla gəzintisini, rayonun mərkəzinə belə getməsini sadə vətəndaşlar kimi polislər də müşahidə edib, ancaq heç bir tədbir görülməyib.


Story Code: 325699

News Link :
https://www.islamtimes.org/az/news/325699/sələfilərin-qərarı-qüvvədədir

Islam Times
  https://www.islamtimes.org