0
Friday 29 November 2013 - 12:04

Zəlzələ Buşəhr AES-in fəaliyyətinə təsir göstərməyib

Story Code : 325748
Zəlzələ Buşəhr AES-in fəaliyyətinə təsir göstərməyib
APA-nın İSNA-ya istinadən məlumatına görə, İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib ki, Buşəhr AES tam gücü ilə fəaliyyətini davam etdirir: “Buşəhr AES təhlükəsizlik standartları baxımından dünyanın ən yaxşı stansiyalarından biridir. Ona görə də yüksək ballıq zəlzələlərə davamlıdır. Bu səbəbdən narahat olmağa dəyməz”.
 
Qeyd edək ki, ötən gün axşam saatlarında İranın Buşəhr vilayətində 5,7 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumata görə, 8 nəfər həlak olub.
Comment