QR CodeQR Code

ABŞ-da “Quranyandırma günü”

29 Jul 2010 17:37

IslamTimes - ABŞ-ın Florida ştatının Qeynsvill şəhərinin islamofob xristian icması 11 sentyabrda görünməmiş ekstremist murdarlığa əl atmaq niyyətindədir.


Onlar həmin gün müqəddəs Qurani Kərimin nümunələri yandırmağa hazırlaşır və digərlərini də onlara qoşulmağa çağırır, - “Portal-credo” xəbər verir.
Belə bir iyrənc əmələ əl atmaqla ekstremistlər 11 sentyabr terror aktlarının törədilməsinin 9-cu ildönümünü qeyd etmək niyyətindədirlər. Keçən həftə onlar öz planları barədə “Feysbuk” sosial şəbəkəsində məlumat yerləşdiriblər. Bundan sonra ekstremist islamofoblara yandırılmaq üçün Qurani Kərim nümunələri göndərilib.
Bu aradan Tenessi ştatının vitse-qubernatoru Ron Ramsi islamofob fikirlə çıxış edib. O, Birləşmiş Ştatlarda yaşayan müsəlmanların dini etiqad azadlıqlarının əlindən alınmasını təklif edib. /Deyerler/


Story Code: 32589

News Link :
https://www.islamtimes.org/az/news/32589/abş-da-quranyandırma-günü

Islam Times
  https://www.islamtimes.org