0
Wednesday 27 November 2013 - 23:17

Ayətullah Zəncani: Azərbaycanın problemi İslam dünyasının problemidir

Story Code : 325933
Ayətullah Zəncani: Azərbaycanın problemi İslam dünyasının problemidir
Ayətullah Zəncani: Azərbaycanın problemi İslam dünyasının problemidir
Ayətullah Şubeyri Zəncani Sionizmin Azərbaycan üzərində olan nüfuzuna diqqət çəkərək belə deyib: “Azərbaycan şiələrin səx yaşadığı beş böyük ölkədən biridir. Ancaq son illərdə Sionist təbliğatının təsiri altında qaldığı üçün bu ölkədəki şiələr bir sıra problemlər ilə üz-üzə qalıblar.

Mən Azərbaycandakı müsəlmanlar üçün hər zaman dua edirəm. Orada yaşayan müsəlman qardaşlarımın problemi mənim problemimdir, bizim problemimizdir, İslam dünyasının problemidir. Biz Azərbaycanda müsəlman qardaşlarımızın sıxıntılarının tez bir zamanda aradan qalxması üçün dua edirik.

Uca Allah oradakı çətinlikləri öz lütf və inayəti ilə müsəlmanların lehinə dəyişsin inşallah! Əgər Azərbaycandakı problemlər həll edilərsə İslam dünyasının mühüm bir bölümü çətinlik və sıxıntından qurtulmuş olar.”

Xatırlatmaq yerinə düşər ki, 2012-ci ildə Azərbaycanın beynəlxalq Eurovision mahnı yarışmasını sahibliyi etməsi və Bakı küçələrində geylərin yürüşünə icazə verilməsi İslam alimlərinin etirazına səbəb olmuşdur.
Source : Islamtimes
Comment