QR CodeQR Code

Hakimiyyətdə yeni dəyişikliklər gözlənilir

30 Nov 2013 10:58

IslamTimes - Azərbaycan hakimiyyətində yeni dəyişikliklər dalğası gözlənilir. Bir neçə iri məmurun «vurulucağı» planlaşdırılır.


Bu barədə redaksiyamıza daxil olan məlumatlara görə, hakimiyyətdə cəmiyyətdəki narazılıqla bağlı ciddi narahatçılıq var.
İqtidar ideoloqları ölkədə hər an sosial partlayışın baş verəcəyi, İsmayıllı və Quba hadisələrinin daha geniş miqyasda yaşana biləcəyini düşünürlər. Bu baxımdan da narazılığı bir qədər yatırmaq üçün islahat görüntüsü yaratmaq qərara alınıb. Məlumatlarda deyilir ki, bu “islahatlar” bir neçə iri çəkili məmurun qurban verilməsi ilə nəticələnəcək. İşdən çıxarılmalar zamanı Prezident Administrasiyasına edilən şikayətlər və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə edilən müraciətlər əsas götürüləcək.


Story Code: 326001

News Link :
https://www.islamtimes.org/az/news/326001/hakimiyyətdə-yeni-dəyişikliklər-gözlənilir

Islam Times
  https://www.islamtimes.org