QR CodeQR Code

ABŞ 9 ölkəni İrana qarşı neft sanksiyalarından azad edib

30 Nov 2013 12:00

IslamTimes - ABŞ Dövlət Departamenti 9 ölkəni İrana qarşı neft sanksiyalarından 6 ay müddətinə azad edib.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, həmin ölkələr arasında Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və Tayvan da var.

Dövlət Departamenti 9 ölkənin 2012-ci maliyyə ili milli müdafiə səlahiyyət qanununun (NDAA) 1245 saylı maddəsinə uyğun olaraq təkrar sanksiyalardan azad edildiyini açıqlayıb. Bundan əlavə, Malayziya, Cənubi Afrika Respublikası, Sinqapur və Şri-Lanka bir daha sanksiyalardan azad edilən ölkələrdir. Ümumiyyətlə, ABŞ Dövlət Departamenti 9 ölkəni dördüncü dəfə sanksiyalarda azad edildiyini bildirib.


Story Code: 326034

News Link :
https://www.islamtimes.org/az/news/326034/abş-9-ölkəni-irana-qarşı-neft-sanksiyalarından-azad-edib

Islam Times
  https://www.islamtimes.org