QR CodeQR Code

Rusiya Azərbaycana raket kompleksi satmasıyla bağlı məlumatı təkzib edib

30 Jul 2010 04:55

IslamTimes - Rusiya Azərbaycana S-300 zenit-raket komplekslərinin satılmasıyla bağlı yayılmış məlumatı təkzib edib.


APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, «Rosoboroneksport» şirkətinin nümayəndəsi Vyeçeslav Davıdenko məlumata aydınlıq gətirərkən tərəflər arasında belə bir müqavilənin olmadığını bildirib.
Qeyd edək ki, Rusiyanın “Vedomosti” qəzeti bundan əvvəl Rusiyanın Azərbaycana 300 milyon dollarlıq S-300 zenit-raket kompleksi satması barədə məlumat yaymışdı.


Story Code: 32625

News Link :
https://www.islamtimes.org/az/news/32625/rusiya-azərbaycana-raket-kompleksi-satmasıyla-bağlı-məlumatı-təkzib-edib

Islam Times
  https://www.islamtimes.org