0
Sunday 1 December 2013 - 01:17

“İranın bütün reaktorları 24 saat boyunca AEBA-nın kameralarının nəzarəti altındadır”

Story Code : 326257
“İranın bütün reaktorları 24 saat boyunca AEBA-nın kameralarının nəzarəti altındadır”
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Böyük Britaniyada nəşr olunan “The Financial Times” qəzetinə müsahibəsində bildirib.
 
 
 
Onun sözlərinə görə, nüvə obyektlərinin bağlanması məsələsi İranın “qırmızı xətti”dir: “İranın bütün nüvə fəaliyyətləri dinc məqsədlidir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tam nəzarəti altında davam etdirilir. Yəni İranın bütün reaktorları 24 saat boyunca agentliyin kameralarının nəzarəti altındadır”.

H.Ruhani deyib ki, kütləvi qırğın silahlarına İranın müdafiə doktrinasında heç bir yer yoxdur: “İranın uranın zənginləşdirilmə məsələsini nə qədər irəlilətməsi vəziyyəti ölkənin nüvə yanacağına olan ehtiyacına bağlıdır”.
 
İran prezidenti vurğulayıb ki, Qərb dövlətləri nüvə məsələsində ölkəsinin etimadını qazanmaq məqsədilə lazımi addımlar atmalıdırlar: “Cenevrədə atılan ilk addımın diqqətli və düzgün şəkildə həyata keçirilməsi etimad mühitinin yaradılması istiqamətində irəliyə doğru bir addım olacaq.
 
H.Ruhani İran və Böyük Britaniya əlaqələrinə də toxunub: “Hər iki tərəf addım-addım əlaqələrini yaxşılaşdırmaq istiqamətində hərəkət etmək iradəsinə sahibdir”.
Comment