0
Sunday 1 December 2013 - 18:08

Seyyid Nəsrullah ləqəbli Hizbullah komandiri Suriyada şəhid edilib

Story Code : 326461
Seyyid Nəsrullah ləqəbli Hizbullah komandiri Suriyada şəhid edilib
Seyyid Nəsrullah ləqəbli Hizbullah komandiri Suriyada şəhid edilib
Seyyid Nəsrullah ləqəbli Vissam Şərafəddin çərşənbə günü axşam Dəməşqin şərqində yerləşən Şərqi Quota ərazisində gedən döyüşdə müqəddəs cihad vəzifəsini yerinə yetirərkən şəhid olub.

Hizbullah da həmçinin Şərafəddinin ölümünü təsdiq edib və deyib ki, hadisə zamanı həmçinin xeyli sayda xaricdən dəstək alan üsyançılar da qətlə yetirilib.
Şəhid üçün dəfn mərasimi həmçinin cənubi Livanın Rişxaniyə şəhərində də təşkil edilib.

Hələ may ayında Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah demişdir ki, Livan müqavimət hərəkatının üzvləri xaricdən dəstək alan üsyançılara dəstək marşurutu olan strateji sərhəd şəhəri olan Quseyr uğrunda Suriya hökumət qüvvələri ilə birlikdə xaricdən dəstək alan üsyançılara qarşı döyüşürlər.

Strateji əhəmiyyətə malik olan şəhər 4 iyul tarixində üsyançılar ilə üç həftəlik döyüş nəticəsində azad edilmişdir.

Hizbullah rəhbəri deyib ki, əgər xaricdən dəstək alan üsyançılar Suriya müharibəsində qələbə qazanarlarsa, bu zaman onlar silahlarını Livana doğru yönəldəcəklər.

Nəsrullah daha sonra qeyd edərək bildirib ki, ekstremist sələfi qrupları Suriyadakı münaqişənin əsas səbəbkarlarıdır və ABŞ tərəfindən dəstəklənən bu qruplar həmçinin Livan üçün də böyük təhlükədir.

Nəsrullah deyib ki, Suriyada davam edən müharibə regionda güc balansını İsrail rejiminin xeyrinə dəyişmək üçün Amerika layihəsinin tərkib hissəsidir.
O həmçinin Suriyadakı sələfi qruplar üzərində qələbə də vəd verib.
Source : Islamtimes
Comment