QR CodeQR Code

Riyad və Tel Əviv İrana qarşı təxribat hazırlamaq üçün əməkdaşlıq edirlər

Islamtimes , 1 Dec 2013 18:17

Islamtimes - Səudiyyə Ərəbistanı və İsrail Tehran ilə altılıq dövlət arasında imzalanan nüvə razılaşmasına maneə ola bilmədikdən sonra indi də İran nüvə proqramını iflic vəziyyətə gətirmək üçün Stunxet virusu kimi daha güclü bir kompyuter virusu hazırlamaq üçün ciddi işlər görürlər.


Səudiyyə təhlükəsizlik xidməti orqanlarına yaxın olan məlumatlı mənbə bildirib: “Səudiyyə casus orqanının rəhbəri şahzadə Bəndər bin Sultan bin Abduləziz əl Səud və İsrail kəşfiyyat agentliyi Mossadın rəhbəri Tamir Bardo İran nüvə enerji proqramına qarşı təxribatlar hazırlamaq üçün öz nümayəndələrini 24 noyabr tarixində Vyanada görüşərək mövcud məsələləri müzakirə etmək üçün göndərmişdilər. ”

Məlumatının həssas bir mövzu olması səbəbindən kimliyini açıqlamayan mənbə əlavə edərək deyib: “Görüşdə qərara alanan məsələlərdən biri bu olub ki, İran nüvə enerji proqramının proqram təminatını dağıtmaq üçün Stunxet virusundan daha təhlükəli və dağıdıcı olan bir virus yaratsınlar.”

Stunxet vaxtı ilə İran nüvə sentrufuqalarını hədəf alan və İran kompyuter proqramlarını dağıdan ABŞ və İsrail tərəfindən hazırlanmış bir virusdur.

Mənbənin bildirdiyinə əsasən daha çox vaxt və vəsait (1 milyon dollar) tələb edən plan Səudiyyə Ərəbistanı tərəfindən yüksək qiymətləndirilib.

Bəndər özü də həmçinin İordaniyanın Aqaba liman şəhərində Bardo ilə görüşmüşdür və bu görüş Səduiyyə Ərəbistanın vəliəhd kralı şahzadə Salman bin Əbduləzizin qəzəbinə səbəb olub, çünki o artıq Səudiyyə casus rəhbərinə Yaxın Şərq mövzusunda İsrail rejimi ilə birbaşa və gizli şəkildə məsləhtləşməməyi məsləhət görmüşdür.

Mənbə bildirib ki, İran ilə 5+1 qrupu arasında razılaşma şahzadə Bəndər də daxil olmaqla Səudiyyə rəsmilərini o qədər qəzəbləndirib ki, onlar Qərbi xainlikdə ittiham ediblər.

Ancaq Səudiyyə Ərəbistanına bu yaxınlarda səfər edən ABŞ dövlət katibi Con Kerri Səudiyyənin bu ittihamına kəskin şəkildə cavab vermişdilər.


Story Code: 326464

News Link :
https://www.islamtimes.org/az/news/326464/riyad-və-tel-əviv-irana-qarşı-təxribat-hazırlamaq-üçün-əməkdaşlıq-edirlər

Islam Times
  https://www.islamtimes.org