QR CodeQR Code

İran prezidenti Suriyanın baş nazirini qəbul edib

2 Dec 2013 11:07

IslamTimes - İranda səfərdə olan Suriyanın baş naziri Vail əl-Xaliqi bu ölkənin prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə Suriya böhranı əsas müzakirə mövzusu olub.

H.Ruhani bildirib ki, regionda və dünyada terrorizmin kökünün kəsilməsi və ekstremizmlə mübarizə aparılması üçün bütün ölkələrin əməkdaşlığı zəruridir: “Bu problem bölgənin ən mühüm probleminə çevrilib və bütün dünya, xüsusilə də region xalqları üçün təhlükəlidir. Ona görə də bütün ölkələr terrorizm və ekstremizmlə mübarizə aparmalıdırlar. Hazırda ən təhlükəli terrorçular Suriyada cəmləşiblər. Bu ölkə xalqının daxili və xarici təzyiqlər qarşısında dözümlülüyü təqdirəlayiqdir”.

İran prezidenti həmçinin Suriya böhranının həlli uğrunda dünya və regionda təsirə malik olan ölkələrin prezidentləri ilə fikir mübadiləsi aparmasına da toxunub: “İran var gücü ilə regionda və Suriyada müharibənin alovlandırılmasına qarşıdır. İran qonşularından Suriya xalqının ağrılarını azaltmaq üçün humanitar təşəbbüslər göstərməyi xahiş edib. Rəsmi Tehran özü də bu istiqamətdə heç bir yardımını əsirgəməyəcək. Suriya probleminin sülh yolu ilə həlli ən doğru və məntiqli yoldur. Problem tərəflər arasında dialoq yolu ilə həll edilməlidir. Bununla da Suriyadakı vətəndaş müharibəsinin bölgəyə yayılmasının i qarşısı alınacaq”. H.Ruhani İran və Suriya arasındakı əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsini arzulayıb.
 
Vali əl-Xaliqi isə öz növbəsində İranla “altılıq” ölkələri arasında nüvə məsələsində razılığa gəlinməsini bölgə və dünyaya müsbət təsiri olduğunu vurğulayıb: “İran ali dini liderin göstərişi ilə hərəkət edən xalqının müqavimətinə borcludur. Nüvə enerjisindən yararlanmaq İranın ən təbii haqqıdır”.


Story Code: 326568

News Link :
https://www.islamtimes.org/az/news/326568/iran-prezidenti-suriyanın-baş-nazirini-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org