QR CodeQR Code

“Benzin bahalaşdısa, ərzaq mallarının da qiyməti qalxacaq”

3 Dec 2013 11:08

IslamTimes - Deputat yanacağın qiymətinin artmasını digər sahələrə , o cümlədən ərzaq qiymətlərinə təsirsiz ötüşməyəcəyini də vurğulayıb.


Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O, benzinin qiymətinin artmasına münasibət bildirərkən qeyd edib ki, bəzi xərclər artırıldığından başqa bahalaşmanı da proqnozlaşdırmaq olurdu. Deputat yanacağın qiymətinin artmasını digər sahələrə , o cümlədən ərzaq qiymətlərinə təsirsiz ötüşməyəcəyini də vurğulayıb.
 
“Yanacağın qiymətinin təxminən 25 faiz artması başqa sahələrə də öz təsirini göstərəcək. Elə bir sahə yoxdur ki, orda yanacaqdan istifadə olunmasın. Başqa sahələrdə qiymət artmına mütləq təsir göstərəcək”-deyə V.Əhmədov vurğulayıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının dünınki iclasında
 Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.


Story Code: 326895

News Link :
https://www.islamtimes.org/az/news/326895/benzin-bahalaşdısa-ərzaq-mallarının-da-qiyməti-qalxacaq

Islam Times
  https://www.islamtimes.org