0
Tuesday 3 December 2013 - 12:25

Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Tehrana qayıdır

Story Code : 326912
Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Tehrana qayıdır
APA-nın məlumatına görə, bu barədə brifinqdə jurnalistlərin sualına cavabında İran XİN-in mətbuat katibi Mərziyyə Əfxəm bildirib ki, səfər zamanı diplomat Tehrandakı Böyük Britaniya nümayəndəliyinin binası ilə tanış olacaq, İran XİN-də görüşlər keçirəcək.
 
M.Əfxəm əlavə edib ki, bundan sonra İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili də Londona səfər edərək orada XİN-in rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildən sonra kəsilib. Buna səbəb 2 il əvvəl Tehranda Britaniya hökumətinin İranla bağlı ikili siyasətinə etiraz aksiyaları olub. Həsən Ruhaninin bu il prezident seçilməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin normallaşması prosesi müşahidə olunmağa başlayıb.
Comment