QR CodeQR Code

Əfqanıstanda daha 6 NATO əsgəri qətlə yetirilib

31 Jul 2010 05:57

IslamTimes – Əfqanıstanda son 24 saat ərzində müxtəlif yerlərdə həyata keçirilən hücumlar nəticəsində 6 NATO əsgəri qətlə yetirilib.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Alyansın bildirdiyinə görə, əsgərlərdən biri üsyançıların hücumu, ikisi isə yolkənarı bomba partlayışı nəticəsində həlak olub.
NATO dünən ölkənin cənubunda iki bomba hücumu nəticəsində üç əsgərin həyatını dəyişdiyini bildirmişdi. Alyans həlak olan hərbiçilərin milliyyəti barədə məlumat verməyib. Ölən altı hərbiçilərin amerikalı olduğunu bildirib. Bununla iyul ayında Əfqanıstanda həlak olan ABŞ hərbiçilərinin sayı 66-ya çatıb.
ABŞ səfirliyinə məxsus bir maşının aeroport yolunda səbəb olduğu yol qəzasında 4 mülki vətəndaşın ölümünə etiraz olaraq Kabildə Amerika əleyhinə nümayiş keçirilib.


Story Code: 32702

News Link :
https://www.islamtimes.org/az/news/32702/əfqanıstanda-daha-6-nato-əsgəri-qətlə-yetirilib

Islam Times
  https://www.islamtimes.org